Donald Trampın ABŞ prezidenti kimi ikinci müddətə inauqurasiya mərasimi keçiriləcək.
Turkustan.az xəbər verir ki, bu gün and içəcək Tramp "TIME" jurnalının üz qabığında da yer alıb.
“O, qayıdıb” başlıqlı üz qabığında Trampın Ağ Evdəki Oval kabinetdəki iş masasının üzərini dağıtdığı şəkli əks olunub. "TIME"-ın mətn başlığı, "Donald Trump-ın təxribatı geri döndü" olub.
Trampın gözlənilməz bir güc olduğunu yazan "TIME", "Onun haqqında nə düşünülürsə, düşünülsün, o, on il əvvəl Amerikanı ağlasığmaz şəkildə dəyişdirdi"-deyə, bildirib.
Jurnal bugünkü dünyanın Amerikanın Soyuq Müharibədə qalib gəldiyi dünyadan bir çox cəhətdən fərqli olduğunu və ABŞ-ın heç vaxt olmadığı kimi potensial iqtisadi və hərbi rəqiblə - Çinlə üzləşdiyini bildirib.
Jurnalın Trampla bağlı təhlili belədir:
“Tramp bir sıra aqressiv addımlarla problemləri həll edəcəyini vəd edib ki, o, kütləvi deportasiyalardan tutmuş azad medianın mühakimə olunmasına qədər, Qrenlandiya, Panama kanalı və Kanadanın ilhaqına qədər hər şeyi vəd edir.
Aytən Yaşar/ Turkustan.az