Tramp tələsir: İki lideri razı salarsa, Nobel alacaq


ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp komandasına andiçmə mərasimindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.

Trampın bununla Rusiya-Ukrayna müharibəsinə son qoyulması məqsədi ilə Putinlə şəxsi görüş keçirməyi hədəflədiyi bildirilir. Ağ Evin yeni rəhbəri Rusiya lideri ilə ikitərəfli müzakirələrin keçirilməsi və məsələnin həll yolunun razılaşdırılmasına çalışır.

Tramp müharibənin bitməsi ilə bağlı vədini yerinə yetirə biləcək? Putinin görüş təklifinə münasibəti necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, ABŞ və dünya üçün yeni Tramp dönəmi başladı:

“Trampın seçki kampaniyası zamanı ən böyük vədlərindən biri Rusiya-Ukrayna savaşını dayandırmaq idi. Bu baxımdan onun fəaliyyətə başlayan kimi Putinlə təmasa keçmə istəyi normal qarşılanmalıdır.

elvin baxsalizade 131
Elvin Baxşalızadə

Ağ Ev rəhbəri telefon danışığı zamanı Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün ən tez zamanda baş tutmasına çalışacaq. İlk hədəf budur. Daha sonra isə ən qısa müddətdə iki ölkə arasında atəşkəs müqaviləsinin imzalanması planlanır. Tramp bu böyük və qanlı savaşı dayandıra bilərsə, adını tarixə qızıl hərflərlə yazdıracaq. Böyük ehtimalla növbəti Nobel sülh mükafatını da o qazanacaq”.


MANŞET XƏBƏRLƏRİ