Dekabrın 3-də Cənubi Koreyada 6 saatlıq hərbi vəziyyət böhranına səbəb olan və bu böhrandan sonra prezident postundan uzaqlaşdırılaraq saxlanılan Yoon Suk Yeol həbs edildi.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində prezident vəzifəsindən kənarlaşdırılan və saxlanılan Yoon Suk Yeolun həbsi rəsmiləşib.
Yonhap-ın məlumatına görə, yanvarın 15-də saxlanılan Yoon Seul Qərb Dairə Məhkəməsi tərəfindən "iğtişaşa rəhbərlik etmək" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham olunur.
Aytən Yaşar/ Turkustan.az