Türkiyənin Xalqların Bərabərlik və Demokratiyası Partiyasının (DEM) nümayəndə heyəti İmralı adasında həbsdə saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanla ikinci dəfə müzakirələr aparmaq üçün bu gün Ədliyyə Nazirliyinə müraciət edəcək.
Turkustan.az-ın məlumatına görə, DEM Partiyasından yazılı açıqlamada nümayəndə heyətinin ikinci görüş üçün müraciətinə qısa müddət ərzində cavab gözlənildiyi bildirilib. DEM Partiyasının nümayəndə heyəti dekabrın 28-də İmralıda terrorçuların lideri Abdullah Öcalanla görüşündə Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Sırrı Süreyya Öndər və DEM Partiyası Van millət vəkili Pervin Buldan iştirak etmişdi. İmralıya ikinci səfər zamanı terrorçuların lideri Öcalanla görüşəcək heyətdə Əhməd Türkün də yer alacağı gözlənilir. /Cebheinfo.az/