Ukrayna müharibəsi bitir: Avropa böyük təhlükə ilə üz-üzə qalacaq


Ukrayna münaqişəsi səbəbindən Avropa növbəti iqtisadi böhranla üzləşib.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin müəllifinin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqına qaçan 4,3 milyondan çox ukraynalının əhəmiyyətli hissəsi hazırda Şərqi və Mərkəzi Avropa ölkələrində yaşayır.

“Bu insanlar əmək bazarında öz yerlərini uğurla tapıblar. Ukrayna münaqişəsi üzrə sülh sazişi bütün region üçün yaxşı xəbər olacaq.

Amma bundan sonra Avropadan işçi axını baş verəcək, qaçqınlar ölkələrinə qayıdacaq və bu, müxtəlif problemlər yaradacaq”, - nəşr qeyd edib.

Məqalə müəllifi regiondakı demoqrafik vəziyyəti “çox riskli” hesab edir və münaqişədən sonra Ukrayna sakinlərinin öz vətənlərinə qayıtmasının vəziyyəti xeyli gərginləşdirəcəyini bildirir. /publika.az/


MANŞET XƏBƏRLƏRİ