Rusiyanın xarici işlər naziri Sergey Lavrov Co Baydendən danışıb.
Turkustan.az xəbər verir ki, Lavrov bildirib ki, Co baydenin hakimiyyəti müddətində ikitərəfli əlaqələrə böyük ziyan dəydi.
“Rossiya-1” telekanalına açıqlama verən Lavrov ABŞ-ın Rusiyaya münasibətini dəyərləndirib.
Bayden administrasiyasının Rusiya-ABŞ münasibətlərinə xələl gətirdiyini deyən Lavrov:
"İkitərəfli münasibətlərə dəyən ziyan böyükdür. Donald Tramp administrasiyası ilk səlahiyyət müddətində də ciddi ziyan vurdu. Bu, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Trampa pis miras qoyması səbəbindən baş verdi. Obamanın Tramp vəzifəyə başlamazdan əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik idi. Obama diplomatlarımızı ölkədən qovdu və iki diplomatik mülkümüzü oğurladı. Bu, münasibətlərimizi pisləşdirdi. Biz Bayden administrasiyasının da eyni şeyi etməyə çalışdığını görürük".
Aytən Yaşar/ Turkustan.az