Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə xalq tədbirində mahnı ifa edib.
Turkustan.az xəbər verir ki, Mersin vilayətində keçirilən Ədalət və İnkişaf Partiyasının 8-ci regional qurultayında iştirak edən Ərdoğan "Duyanlara, duymayanlara" mahnısını səsləndirib.
İfa alqışlarla qarşılanıb.
Qeyd edək ki, yanvarın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada keçirilən AK Partiya 8-ci Rayon Konqresində səhnəyə türk sənət musiqisinin əfsanəsi İbrahim Tatlısəslə çıxaraq, “Urfalıyam əzəldən” türk xalq mahnısını ifa etmişdi.
Bizim.Media