"Rusiya-Ukrayna müharibəsində Rusiyanı artıq qalib hesab etmək olar".
Turkustan.az xəbər verir ki, Rusiya Ukraynadakı münaqişədə artıq qalib gəlib, yeganə sual Rusiya Federasiyasının qərbə doğru nə qədər irəliləmək istəməsidir. Bu fikri ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
Rusiya mediası həmçinin bildirir ki, Ukrayna Baş Qərargahı mütəmadi olaraq döyüş meydanındakı çətin vəziyyət barədə məlumat verir. 2022-ci ilin fevralından ölkədə elan edilmiş ümumi səfərbərliyə baxmayaraq, orduda kritik insan çatışmazlığı məsələsi hazırda aktualdır.
Bildirək ki, son vaxtlar Ukraynada səfərbərlik yaşının 18 yaşa endirilməsi mövzusu getdikcə daha çox gündəmə gətirilir.
Aytən Yaşar/ Turkustan.az