Szijarto: Kiyevin “Türk axını”na hücumu Avropanın enerji təchizatını təhdid edir


Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Naziri 2024-cü ildə “Türkiyə, Bolqarıstan və Serbiyadan keçən bu boru kəməri ilə Rusiyadan Macarıstana 7,6 milyard kubmetr təbii qaz tədarük edildiyini” bildirdi.

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda “Türk axını” qaz kəmərinin kompressor stansiyasına hücumu Mərkəzi Avropanın enerji təchizatını təhdid edib. Bunu baş nazir Viktor Orbanı Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqlar aparmaq üçün Belqrada səfərdə müşayiət edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto bildirib.

“Müflis olmuş demokratik ABŞ administrasiyası Mərkəzi Avropada enerji təchizatının təhlükəsizliyini təmin etməyi açıq şəkildə çətinləşdirən bir sıra sanksiya tədbirləri qəbul etdi. Bundan sonra Ukrayna Rusiyadan təbii qazın tranzitini dayandırmağa qərar verdi və Türk axını" qaz kəmərinə hücum etdi. Mərkəzi Avropada enerji təhlükəsizliyi və enerji qiymətlərinin sabitliyi təhdid altındadır”-deyə, XİN rəhbəri M1 telekanalı tərəfindən yayımlanan videomüraciətdə bildirib .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ