Atəşkəsdən sonra yenidənqurma prosesində Qəzzanı böyük sınaq gözləyir


Ekspertlərin fikrincə, İsrailin davam edən hərbi hücumları nəticəsində xarabalığa çevrilən Qəzza zolağı yenidən qurulması prosesi ilə müasir tarixin “ən çətin və mürəkkəb” layihələrindən biri kimi tarixə düşəcək.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzzaya 2023-cü ilin oktyabrında başlayan hücumları nəticəsində 45 mindən çox fələstinli həyatını itirib, 110 mindən çox insan isə yaralanıb. Digər tərəfdən, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra bütün dünyanın diqqəti Qəzzanın yenidən qurulmasının çətin prosesinə yönəldi.

Müqavilənin üçüncü mərhələsində Qəzzanın müxtəlif ölkələrin və təşkilatların nəzarəti altında yenidən qurulması prioritet təşkil edir. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, bu proses maliyyə yükündən tutmuş dağıntıların çıxarılması səylərindəki logistik çətinliklərə qədər bir çox mürəkkəb maneələri ehtiva edir.

Mütəxəssislər Qəzzanın rekonstruksiyasına əsas tikinti materiallarının ölkəyə girişini məhdudlaşdıran İsrailin blokadası ilə böyük əngəl törədəcəyi ilə razılaşırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ