Zaxarova yenə Ukrayna və Britaniyanı hədəf aldı.
Turkustan.az xəbər verir ki, Ukrayna və Britaniyanın Azov dənizi ilə bağlı istənilən iddiası sərt şəkildə yatırılacaq, 100 illik tərəfdaşlıq sazişinin arxasında Londonun Baltik, Qara və Azov dənizlərində möhkəmlənmək istəyi dayanır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir .
Diplomat qeyd edib ki, sənəd müxtəlif sahələri - ticarət, elm, enerji və digər sahələri əhatə edir. “O, həmçinin müdafiə ilə bağlı müddəaları ehtiva edir, tərəflər “dəniz təhlükəsizliyi sahəsində, o cümlədən Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirmək məqsədi ilə” əməkdaşlıq haqqında razılığa gəliblər. Bunun arxasında Londonun bu sularda, xüsusən Azov-Qara dəniz hövzəsində möhkəmlənmək istəyini görmək olar, lakin Kiyevə bütün geosiyasi iddialarına baxmayaraq, yalnız köməkçi rol verilir".
Aytən Yaşar/ Turkustan.az