Əsəd rejiminin devrilməsindən sonra 200 min suriyalı öz ölkəsinə qayıdıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, Bəşər Əsəd rejiminin devrildiyi dekabrın əvvəlindən bəri təxminən 200 min suriyalı qaçqın öz ölkələrinə qayıdıb.

Turkustan.az xəbər verir ki, Qrandi X-də suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı paylaşım edib .

Dekabrın əvvəlindən bu yana təxminən 200 min suriyalı qaçqının ölkələrinə qayıtdığını bildirən Qrandi, keçən il İsrailin hücumları səbəbindən təxminən 500 min suriyalının Livandakı evlərinə qayıtdığını qeyd edib.

"Mən tezliklə Suriyaya və qonşu ölkələrə səfər edəcəm. BMT QAK geri qayıdan qaçqınlara və ev sahibliyi edən icmalara dəstəyini artırır"-deyə, Qrandi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ