15 aydır Qəzzada dinc əhalini hədəf alan İsrail geridə fəlakət və dağıntılar buraxır


2023-cü il oktyabrın 7-dən bəri davam etdirdiyi soyqırım müharibəsi ilə Qəzza zolağında dinc əhalini bombalayan İsrail, 47 min insanın həyatını itirdiyi böyük humanitar fəlakət və dağıntıları geridə qoyur.

Turkustan.az xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin 15 aydan çox davam edən hücumları böyük bir humanitar böhrana səbəb olub.

ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə Həmas ilə İsrail arasında atəşkəsin yanvarın 19-da qüvvəyə minməsi gözlənildiyi halda, Qəzzada 47 min fələstinlinin həyatını itirdiyi, 110 min 453 nəfərin isə yaralandığı gerçəyi dəyişmir.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəfə alınıb, mülki infrastruktur da məhv edilib.

Qəzzada hökumətin məlumatlarına görə, İsrailin hücumlarında ölən və itkin düşənlərin sayı 57 min 136, cəsədləri tapıla bilməyən 11 min 200 itkin fələstinli var.

İsrailin bölgədəki 717 su quyusunu bombaladığı, Fələstin xalqını susuz qoyduğu və deportasiyaya məcbur etdiyi Qəzza zolağında dağıntı nisbəti 88 faizə çatıb.

İlkin hesablamalara görə, İsrailin 16 aya yaxın davam edən soyqırım müharibəsi 37 milyard dollar zərər vurub.

Qəzzada baş verənləri dünyaya çatdırmağa çalışan jurnalistlər 15 aydan çoxdur ki, İsrailin hücumlarından xilas ola bilmirlər. Bu müharibədə 204 fələstinli jurnalist həyatını itirib.

Bölgədəki mətbuat mənsublarından 399-nun yaralandığı, onlardan 43-nün İsrail hərbçiləri tərəfindən saxlanıldığı və onların taleyindən xəbər olmadığı bildirilib.

Vasitəçi ölkələrdən biri olan Qətər yanvarın 15-də İsrail və HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılığın əldə edildiyini açıqlayıb.

Müqavilə sabah saat 08:30-dan qüvvəyə minəcək. 3 mərhələdən ibarət olacaq atəşkəs razılaşmasının ilk 42 günündə 33 israilli məhbus azad ediləcək.

Razılaşma Qəzza zolağına hərtərəfli humanitar yardımın çatdırılmasını, eləcə də köçkün fələstinlilərin öz ərazilərinə qayıtmasını ehtiva edir.

İkinci və üçüncü mərhələlərin təfərrüatları birinci mərhələ başa çatdıqdan sonra elan ediləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ