Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətmiş 23 nəfəri əfv edib.
Turkustan.az xəbər verir ki, bu barədə yanvarın 18-də Belarus liderinin mətbuat xidməti məlumat yayıb .
“Onların hamısı əfv üçün ərizə yazıb, günahlarını etiraf edib və peşman olublar. Bunlardan üçü qadın və 20-si kişidir”-deyə, məlumatda bildirilir.
Belarus prezidentinin mətbuat xidməti onu da əlavə edib ki, əfv olunanlardan 14-nün xroniki xəstəlikləri var, 12-nin isə uşaqları var. Həmçinin qeyd olunur ki, Belarus Daxili İşlər Nazirliyi onların qanuna tabe olan davranışlarına nəzarəti təmin edəcək.
Aytən Yaşar/ Turkustan.az