Tehranda İran Ali Məhkəməsinin iki hakimi öldürülüb, biri isə yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd olunur ki, atışma İran Ali Məhkəməsinin binası yaxınlığında baş verib. Cinayəti törətdikdən sonra terrorçu intihar edib.
Media məhkəmə strukturlarına istinadən xəbər verir ki, İran Ali Məhkəməsinin öldürülən hakimləri milli təhlükəsizliyə qarşı cinayətlər, terrorizm və casusluqla bağlı işlərə cavabdeh olublar./publika.az