Çin prezidenti andiçmədən öncə Trampla danışdı: Dost ola bilərik


ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə telefonla danışıb.

Turkustan.az xəbər verir ki, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, ikili yeni dövrdə Çin-ABŞ münasibətlərinin inkişafını vurğulayıblar.

Si Cinpin ikitərəfli münasibətlərin inkişafı üçün əməkdaşlığa hazır olduqlarını da bildirib. O, həmçinin hər iki ölkənin öz vətəndaşları üçün daha yaxşı həyat təmin etməyə çalışdığını və məqsədlərinin eyni olduğunu vurğulayıb.

Çin prezidenti həmçinin bəyan edib ki, iki ölkə dost və tərəfdaş ola bilər və yeni dövrdə sülh və firavanlıq hökm sürməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ