Yanvarın 20-si bazar ertəsi andiçmə mərasimi keçirilən ABŞ-ın 47-ci prezidenti Donald Tramp havaların soyuq keçməsi ilə əlaqədar mərasimin ABŞ Konqresinin binası daxilində keçiriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki,Tramp andiçmə mərasimi ilə bağlı Truth Social sosial media platformasında açıqlama verib.
Tramp, “Hətta prezidentliyə başlamazdan əvvəl andiçmə mərasimini nəzərə alaraq, ölkəmizin insanlarını qorumaq mənim borcumdur” deyərək, Vaşinqtonda havanın istiliyinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyinə dair hava proqnozlarına diqqət çəkib
Tramp deyib: "Ölkədə Arktika soyuq havasının təsirləri var. İnsanların heç bir şəkildə xəsarət almasını istəmirəm. On minlərlə asayiş keşikçisi, ilk müdaxilə edənlər, polis itləri hətta 20 Yanvarda saatlarla çölə çıxacaq atlar və yüz minlərlə tərəfdar var. Onların hamsını nəzərə alaraq bu addımı atıram".
Aytən Yaşar/ Turkustan.az