ABŞ Ali Məhkəməsi Tik-Tok qadağasını təsdiqlədi


ABŞ Federal Məhkəməsinin TikTok-un qadağan edilməsi ilə bağlı verdiyi qərar ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Turkustan.az xəbər verir ki, siyasi institut addım atmasa, Tik-Tok yanvarın 18-də ABŞ-da qadağan olunacaq.

Tik-Tok istifadəçilərinə hesab məzmunu və məlumatlarını saxlamağa imkan verəcək. Bununla da istifadəçilərin narahatçılığının qarşısı alınacaq.

Bununla belə, ABŞ prezidenti Co Baydenin Tik-Tok qadağasını həyata keçirməyəcəyinə dair iddialar da var.

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampisə , "Tik-Tok qadağası ilə bağlı qərar məndən asılıdır. Görəcəksiniz ki, hansı qərarı verəcəyəm"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ