ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki işləyən və məxfi sənədlərə çıxışı olan Asif Vilyam Rəhman İsrailin İrana qarşı hücum planlarını digər insanlarla paylaşıb.
Turkustan.az xəbər verir ki, William Rahman günahını etiraf edib..
ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Uilyam Rəhmanın 34 yaşı var və Vyanada doğulub.
"Cənab Rəhman paylaşılmamalı olan sənədləri paylaşmaqla amerikalıların etibarına xəyanət etdi"- deyə, ABŞ Müdafiə Nazirliyinin vəkili bildirib.
O, 4 məxfi sənədin surətini götürərək evə aparıb. ABŞ Müdafiə Nazirliyinin bəyanatına görə, Rəhman bu əməli bir neçə dəfə törədib.
Onun törətdiyi cinayətə görə maksimum 10 il həbs cəzası alacağı gözlənilir.
Aytən Yaşar/ Turkustan.az