Prezident: Çin və ABŞ hər iki ölkənin xeyri üçün tərəfdaş və dost ola bilər


Çin lideri qeyd edib ki, belə əlaqələr bütün dünyaya fayda verəcək.

Turkustan.az xəbər verir ki, Pekin və Vaşinqton Çin və ABŞ-a, eləcə də dünyaya fayda gətirəcək tərəfdaşlıq qura bilər. Bunu Çin prezidenti Si Cinpin ABŞ-ın seçilmiş prezidenti ilə telefon danışığı zamanı deyib.

Çin Mərkəzi Televiziyası Çin liderinin sözlərindən sitat gətirib: "Biz tərəfdaş və dost ola bilərik, qarşılıqlı uğur qazana və hər iki ölkənin və bütün dünyanın rifahı naminə birlikdə inkişaf edə bilərik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ