Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalandı


İran prezidenti Məsud Pezeşkianın Rusiyanın paytaxtı Moskvaya səfəri zamanı Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

Turkustan.az xəbər verir ki, Putin və Pezeşkian Rusiyanın paytaxtı Moskvada Kreml sarayında görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Görüşün əvvəlində iki lider “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” imzalayıb.

İmzalardan sonra çıxışında Putin Rusiya ilə İran arasında böyük qarşılıqlı faydalı əlaqələrin olduğunu bildirib.

İmzalanan razılaşma ilə bu əlaqələri yeni səviyyələrə daşıdıqlarını vurğulayan Putin, "Bugünkü müqavilə uzunmüddətli perspektivdə ikitərəfli əməkdaşlığı dərinləşdirmək üçün iddialı hədəflər qoyur. Bu, həqiqətən təməlqoyucu bir razılaşmadır və sabitlik üçün lazımi şərait yaratmağı hədəfləyir"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ