"Bu saziş Ukraynanın NATO-ya üzvlüyü demək deyil".
Turkustan.az xəbər verir ki, Rusiya London və Kiyev arasında “yüz illik tərəfdaşlıq” sazişi çərçivəsində Britaniyanın hərbi infrastrukturunun öz sərhədlərinə qədər irəliləməsindən narahatdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə qeyd edib ki, eyni zamanda, razılaşma Ukraynanın NATO-ya üzvlüyü demək deyil.
“Bu, Ukraynanın alyansa üzvlüyünə zəmanət verən müddəa deyil, baxmayaraq ki, Britaniyanın NATO ölkəsi olduğunu nəzərə alsaq, onun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi şübhəsiz ki, kifayət qədər narahatedici elementdir”-deyə, Kremlin sözçüsü qeyd edib.