Ukrayna üçün tarixi gün: 100 illik saziş imzalanıb


Zelenski ilə Starmer Böyük Britaniya və Ukrayna arasında 100 illik saziş imzalayıblar

Böyük Britaniya və Ukrayna iki ölkə arasında ticarət, təhlükəsizlik və müdafiə, elm və texnologiya, təhsil, mədəniyyət və s. kimi bütün münasibətlər spektri üzrə güclü əlaqələr qurmaq məqsədi daşıyan 100 illik tərəfdaşlıq sazişi imzalayıb.

Turkustan.az Ukrayna mediasına istinadən xəbər verir ki, sənədi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Keir Starmer imzalayıblar.

“Bu gün həqiqətən tarixi bir gündür. Ukrayna ilə Böyük Britaniya arasında münasibətlər həmişəkindən daha sıxdır. Biz yeni səviyyəyə çatmışıq, bu, strateji əlaqələrdən daha artıqdır. Biz 100 illik tərəfdaşlıq haqqında saziş imzaladıq”, - deyə Zelenski bildirib.

Qeyd olunub ki, sənəd Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyin gücləndirilməsi üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyində ölkələr arasında hərbi əməkdaşlığı təşviq edəcək. Oğurlanmış taxılları izləmək üçün Böyük Britaniya tərəfindən hazırlanmış taxıl yoxlama sxemini işə salmaq planları da var. /AYNA/


MANŞET XƏBƏRLƏRİ