"Görək Tramp gələndən sonra nələr baş verəcək".
Turkustan.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov vurğulayıb ki, Kreml sakitliklə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının öz mövqelərini tutub işə başlamasını gözləyir. Bu barədə o, VGTRK-nın jurnalisti Pavel Zarubinə bildirib. Söhbətdən bir fraqment Telegram kanalında yayımlanıb.
"Mən Moskvanın oturub Vaşinqtondan telefon zəngini gözlədiyi təəssüratını yaratmaq istəməzdim"-deyə, Uşakov Amerika mənbələrinin Rusiya və Amerika liderləri arasında görüşə hazırlığın tam sürətlə getdiyi barədə məlumatı şərh edərkən qeyd edib. “Xeyr, biz sakitcə Trampın komandasının yerlərini almasını, Trampın Oval kabinetə girməsini gözləyirik”-deyə, o bildirib.
Onun sözlərinə görə, Vladimir Putin və Donald Tramp arasında görüş təşkil etmək üçün ABŞ-ın seçilmiş prezidentinin gələcək administrasiyası ilə hələlik heç bir əlaqə yoxdur.
Aytən Yaşar/ Turkustan.az