Noyabrın 5-də keçirilən seçkilərdə qalib gələn Donald Tramp yanvarın 20-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti kimi and içəcək.
Turkustan.az mərasimin diqqət çəkən detallarından biri də mərasimdə Tesla-nın baş direktoru İlon Mask, Amazon sahibi Ceff Bezos və Meta-nın qurucusu Mark Zukerberqin iştirak etməsidir. Bu vəziyyət Silikon Vadisi ilə Vaşinqton arasındakı dinamikanı yenidən müzakirəyə çıxarır.
NBC News-a görə, mərasimdə texnologiya nəhənglərinin ön plana çıxması gözlənilir.
Bildirək ki, Ceff Bezosun "Amazon" və Mark Zuckerbergin "Meta" şirkəti də Trampın andiçmə mərasiminə ianə verən şirkətlər arasındadır. Hər iki şirkət mərasim üçün 1 milyon dollar bağışlayıb.
Aytən Yaşar/ Turkustan.az