Netanyahu İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına minnətdarlığını bildirib.
Turkustan.az xəbər verir ki, baş nazirlikdən verilən açıqlamada İsrailin baş naziri Binyamin Netanyahunun atəşkəs razılaşmasına köməklik etdikləri üçün Donald Tramp və ABŞ prezidenti Co Baydenə təşəkkür etdiyi bildirilib.
Bəyanatda, "Baş nazir Amerikanın yeni seçilmiş prezidenti Trampa girovların azad edilməsi ilə bağlı sazişin irəliləməsinə kömək etdiyinə və İsrailin onlarla girov və ailənin əzabına son qoymasına töhfə verdiyinə görə təşəkkür etdi. Hər iki lider bu məsələni və digər mühüm məsələləri müzakirə etmək üçün tezliklə Vaşinqtonda bir araya gələcəklər"-deyə, bildirilib.
Aytən Yaşar/ Turkustan.az