Zaxarova: “Russkaya” stansiyasında terror aktı ABŞ-dan gələn xəbərlə həyata keçirilib


“Türk axını” ilə qaz tədarük edən Krasnodar diyarında yerləşən “Russkaya” kompressor stansiyasında terror aktı ABŞ-dan gələn xəbərlə həyata keçirilib.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Güman etmək üçün əsas var ki, kompressor stansiyasına terror hücumu yanvarın 11-də Vaşinqtonun tapşırığı ilə həyata keçirilib”.

O vurğulayıb ki, Vaşinqton və Kiyev həqiqətən də birlikdə işləyir, “Avropaya stabil, münasib qiymətə, yüksək keyfiyyətli Rusiya qazının tədarükünü dayandırmaq və bahalı Amerika LNG bazarını təmizləmək üçün hər şeyi edir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ