Avropa İttifaqı (Aİ) 2025-ci ildə Qəzzaya ayırdığı yardım paketini açıqlayıb.
Turkustan.az xəbər verir ki, AB Komissiyasından verilən açıqlamada bu il Qəzzaya 120 milyon avro dəyərində yardım göndəriləcək.
Açıqlamada 2023-cü ildən bəri AB-nin Qəzzaya etdiyi humanitar yardımların ümumi həcminin 450 milyon avrodan çox olduğu, hava yolu ilə çatdırdığı yardım paketlərinin isə 3 min 800 tonu keçdiyi qeyd edilib.
Yardım paketində qida, sağlamlıq, sığınacaq, qoruma yardımı, su və gigiyena ləvazimatları var.
AB Komissiyasının sədri Ursula von der Leyen dünən əldə edilən atəşkəs razılaşmasının humanitar yardımların sürətlə çatdırılması üçün bir fürsət olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az