Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla istənilən danışıqlarda Ukraynanın bitərəfliyində israr edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşr vurğulayır ki, Rusiya Trampla istənilən danışıqlarda Ukraynadan NATO ilə hərbi əlaqələri kəskin şəkildə azaltmağı, neytrallığı qəbul etməyi və silahlı qüvvələrini məhdudlaşdırmağı tələb edəcək.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna siyasi neytrallığa riayət etməsə, o zaman ölkələr arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu təsəvvür etmək çətindir.
O vurğulayıb ki, əks halda Ukrayna daim yanlış əllərdə alət kimi istifadə olunacaq. Rusiya lideri qeyd edib ki, münasibətlərin normallaşması üçün heç bir əsas şərtlər olmayacaq, vəziyyət gözlənilməz ssenari üzrə inkişaf edəcək./publika.az