Qəzzada atəşkəs məsələsi təxirə salınır?


Dünən gecə İsrail-Həmas xəttində əldə olunan atəşkəs razılaşmasından sonra İsrail bu gün, “Həmas son dəqiqə böhranından imtina edənə qədər kabinet razılaşmanı təsdiqləmək üçün görüşməyəcək”-deyə, elan edib.

Turkustan.az xəbər verir ki,İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ı Qəzzada atəşkəs razılaşmasının bəzi detallarından geri çəkilməkdə günahlandırıb və İsrail hökumətinin atəşkəs üçün görüşməyəcəyini bəyan edib.

HƏMAS-ın yüksək rütbəli rəsmisinin verdiyi açıqlamada bu ifadələrdən istifadə edilib: “Həmas vasitəçilərin elan etdiyi atəşkəs razılaşmasına sadiqdir”.

Bildirək ki, Qətər atəşkəslə bağlı dünən verdiyi açıqlamada yanvarın 19-da qüvvəyə minəcək razılaşmanın İsrail hökuməti tərəfindən təsdiqlənəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ