Rusiyanın paytaxtı Moskvadan Novosibirskə uçan təyyarə təcili geri qayıdıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, sərnişinlərdən birinin təyyarənin göyərtəsində bomba olduğunu iddia etməsi səbəbindən təyyarə geri dönüb. Hazırda axtarış aparılır.
Qeyd edək ki, analoji vəziyyət yanvarın 9-da Nijnekamskdan Moskvaya uçan təyyarədə də yaşanıb. /axar.az/