İsrail Qəzzada atəşkəsin olub-olmayacağına dair hökumət daxilində səsvermə keçirməyə qərar verib.
Turkustan.az xəbər verir ki, səsvermənin cümə axşamı, yanvarın 16-da keçiriləcəyi gözlənilir.
İsrailin xarici işlər naziri Gideon Saar xaricə səfərini yarımçıq kəsərək səsvermə üçün İsrailə qayıdıb.
Həmas məsələ ilə bağlı öz Telegram hesabında açıqlama verib. O təklif olunan atəşkəs razılaşmasıyla bağlı cavabını vasitəçilərə çatdırdığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az