ABŞ-ın 47-ci prezidenti Donald Tramp tərəfindən Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə təyin edilən Mayk Vals qatıldığı podkastda mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, İsrail və HƏMAS arasında davam edən atəşkəs danışıqları ilə bağlı fikirlərini bildirən Vals, "Mən heç bir razılaşmanı bəyənmirəm. Həmas aradan qaldırılmalıdır. HƏMAS məhv edilmədikcə, bizim yaxşı gələcəyimiz və sabit bölgəmiz olmayacaq"-deyə, bildirib.
İsrailin Qəzzadakı əməliyyatlarının atəşkəsdən sonra bitib-bitirilməyəcəyi ilə bağlı suala Vals, "Həmas buna inanmaq istəyir. Bununla belə, biz bu mövzuda çox açıq şəkildə bildirdik ki, Qəzza tamamilə tərksilah edilməli və HƏMAS məhv edilməlidir".
Vals İran-İsrail münasibətlərinə də toxunaraq, "Co Bayden administrasiyası İrandan gələn raketləri vurdu. Bunu qəbul edirəm, amma o, həm də rasional olmayan bir şəkildə əyləci basdı. İran indi ən pis vəziyyətdədir" dedi.
Aytən Yaşar/ Turkustan.az