Ərdoğan Suriyanın xarici işlər naziri Şeybanini qəbul etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın xarici işlər naziri Şeybanini qəbul edib.

Turkustan.az xəbər verir ki, Rabitə Müdirliyindən verilən açıqlamada bildirilib ki, görüş zamanı Suriyadakı son vəziyyət və ölkənin ərazi bütövlüyünün qorunması əsasında atılacaq addımlar müzakirə edilib.

AA-nın xəbərinə görə, Prezident Külliyesində mətbuata qapalı keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Prezident Ərdoğan Əsəd rejiminin geridə böyük dağıntılar qoyduğunu və Türkiyənin qardaş Suriya xalqının təcili ehtiyaclarını və ölkənin yenidən qurulması istiqamətində görüləcək işlərə dəstək verəcəyini ifadə edərək, bu baxımdan Suriyanın bərqərar olmasının vacibliyini vurğulayıb.

Prezident həmçinin Suriyanın gələcəyində terror təşkilatlarına yer olmadığını da bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ