Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbəsi endirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən mühüm qaz və enerji infrastruktur obyektlərinə qrup şəklində raket zərbəsi endirib.
Qeyd olunub ki, raket zərbəsinin məqsədinə nail olunub, hədəfə alınmış bütün obyektlər vurulub. Bundan başqa, Rusiya MN Silahlı Qüvvələrin Ukraynanın Donetsk vilayətinin Ukrainka yaşayış məntəqəsini ələ keçirdiyini də açıqlayıb.
Turkustan.az xəbər verir ki,çoxlu sayda ballistik və digər raketlər, eləcə də İran “Şahed”-lərindən istifadə olunub. Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı paylaşım edib. Onun sözlərinə görə, yanvarın 15-i səhər Rusiya Ukraynaya 40-dan çox raket atıb: “Rusiyanın daha bir kütləvi zərbəsi. Artıq qışın ortasıdır və rusların hədəfi dəyişməz olaraq qalır: bizim enerji sektorumuz”.
Zelenski qeyd edib ki, Rusiya qoşunları Ukraynanın qaz infrastrukturu və enerji obyektlərini hədəfə alıb: “Bu zərbədə ballistik raketlər də daxil olmaqla 40-dan çox raket olub. Onların ən azı 30-u məhv edilib.
Həmçinin gecə ərzində 70-dən çox Rusiya PUA-sının hücumu olub. Hava hücumundan müdafiəmiz və bunda iştirak edən bütün bölmələr sayəsində biz enerji sistemimizin işini davam etdiririk”. /bakupost.az/