Anadolu Agentliyinin (AA) komandası Suriyanın devrilmiş lideri Bəşər Əsəd, qardaşı Mahir Əsəd və ailə üzvlərinə məxsus çoxlu lüks avtomobillərin olduğu qarajın fotolarını çəkib.
Turkustan.az xəbər verir ki, vətəndaş müharibəsi zamanı ölkə böyük dağıntılar və iqtisadi böhranla mübarizə apararkən Əsəd ailəsinin Ferrari F50, Ferrari F12 Berlinetta, Lamborghini Murcielago, Aston Martin, Bentley, Cadillac kimi milyonlarla dollar dəyərində onlarla dəbdəbəli avtomobilə sahib olduğu ortaya çıxdı.
Audi TT, Mercedes-AMG .
AA komandası tərəfindən çəkilmiş Dəməşqdəki Prezident Sarayının qarajı klassik avtomobillərdən idman və elektrik avtomobillərinə qədər məhdud istehsalı olan nadir nəqliyyat vasitələrinin sərgiləndiyi lüks qalereyaya bənzəyir.
Lüks avtomobillərin dəyəri milyonlarla dollardır
Əsəd ailəsinin qarajında təsbit edilən avtomobillərdən biri olan Ferrari F50 məhdud istehsalı və marka dəyəri ilə iş adamlarının və kolleksiyaçıların diqqətini çəkən avtomobil kimi tanınır.
Ferrari brendinin ən bahalı modellərindən biri kimi tanınan F50-nin bazar dəyəri təxminən 3 milyon dollardır. Saraydakı lüks avtomobillər arasında yer alan Ferrari F12 Berlinetta-nın dəyərinin təxminən 2 milyon dollar olduğu göstərilir.
Dayanacaqdakı lüks avtomobillər arasında İtalyan avtomobil istehsalçısı Lamborghini-nin Murcielago modeli məhdud sayda istehsal edilən və astronomik qiymətlərə alıcı tapan idman avtomobili modelləri arasındadır.
Kolleksiyaçıların və avtomobil həvəskarlarının sevimlisi olan Murcielago modellərinin orta satış qiyməti təxminən bir milyon dollara çata bilər.
Əsəd ailəsinin sahib olduğu ən diqqət çəkən maşınlardan biri də lüks Aston Martin markalı avtomobil olub. İngilis avtomobil istehsalçısı Aston Martin markalı avtomobillərin qiymətləri model və xüsusiyyətlərinə görə 1 milyon 500 min dollara qədər çıxa bilir.
Britaniyanın lüks avtomobil istehsalçısı Bentley markalı avtomobillər də Əsəd ailəsinin qarajında olduğu halda, bu markanın ən təvazökar modelləri belə təxminən 320 min dollara satışa çıxarılır.
Dayanacaqda nümayiş etdirilən dəbdəbəli avtomobillərdən biri olan Alman avtomobil şirkəti Mercedes-in AMG G 63 SUV modelinin siyahı qiyməti 186 min dollardır.
Əsədin dəbdəbəli avtomobilləri arasında elektrik avtomobilləri də var
Suriya uzun illərdir davam edən vətəndaş müharibəsində ağır sanksiyalara məruz qalarkən, Cadillac-ın yeni nəsil elektrik model avtomobili Escalade də Əsəd ailəsinin qarajında yerləşir.
SUV konseptində istehsal edilən lüks Escalade-nin satış qiyməti 170 min dollara qədər qalxa bilər.
Aytən Yaşar/ Turkustan.az