Zelenski: Rusiyanın hədəfi bizim enerji sektorumuzdur


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ordusu raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə ölkəsinin enerji infrastrukturuna intensiv hücumlar həyata keçirib.

Turkustan.az Sosial media hesabından verdiyi yazılı açıqlamada Zelenski Rusiyanın ölkəsinə intensiv hava hücumları təşkil etdiyini ifadə edərək, “Qışın ortasındayıq və rusların hədəfi eynidir, bizim enerji sektorumuz” deyib.

Rusiya ordusunun bu hücumda ballistik raketlər də daxil olmaqla 40-dan çox raketdən istifadə etdiyini bildirən Zelenski, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən ən azı 30 raketin məhv edildiyini bildirib.

Rusların hücumda 70-dən çox PUA-dan istifadə etdiyi barədə məlumatı paylaşan Zelenski, qeyd edib ki, Ukrayna hava qalxanının mövcud imkanlarını daim gücləndirməliyik.

Zelenski bəyanatında qeyd edib ki, Almaniyada Ukrayna ilə bağlı “Ramşteyn” formatlı görüşlərdə və NATO-nun Vaşinqtonda keçirilən sammitində ölkəsinə hava hücumundan müdafiə dəstəyi ilə bağlı qəbul edilən qərarlar hələ də tam yerinə yetirilməyib.

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün tələb olunan lisenziyanı almaq üçün bu yaxınlarda müttəfiq ölkələrlə görüşdüyünü xatırladan Zelenski, bu həllin ölkəsi üçün təhlükəsizlik zəmanəti ola biləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ