Ermənistan Rusiyaya nota verdi


Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirib ki, yanvarın 12-də Ümumrusiya Dövlət Televiziyasında yayımlanan “Həftənin xəbərləri” proqramında Ermənistanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar səsləndirilib.

Bu səbəbdən səfirə rəsmi şəkildə etiraz notası təqdim edilib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ