Cənubi Koreyanın devrilmiş lideri Yoon saxlanıldı


Cənubi Koreyada 3 dekabr hərbi vəziyyət qərarı ilə ölkəni tam nəzarətə götürmək istəyən, lakin müxalifət və ictimaiyyətin təzyiqindən sonra qərarını geri götürdüyünü açıqlayan prezident Yoon Suk Yeol parlament tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

Turkustan.az xəbər verir ki, bu uğursuz cəhdin ardından uzun sürən mübarizədən sonra Yoon Suk Yeol nəhayət nəzarətə alındı.

Korrupsiyaya Qarşı İstintaq İdarəsi rəsmiləri Yoona qarşı həbs qərarını həyata keçirmək üçün bu səhər ikinci dəfə hərəkətə keçdi.

Səlahiyyətlilər Yoonu prezident iqamətgahında saxlayıb və ifadə vermək üçün onu Seulun cənubundakı Qvaçeondakı Korrupsiyaya Qarşı İstintaq İdarəsi ofisinə aparıblar.

Müstəntiqlərin Yoonun rəsmi həbsi üçün məhkəməyə müraciət etmək üçün 48 saat vaxtı var.

Devrilmiş lider danışmaqdan imtina edir. Yoon Suk Yeol-un vəkili deyib ki, Yoon vətəndaşların və prezidentin mühafizəçilərinin təhlükəsizliyindən narahat olduğu üçün könüllü olaraq hakimiyyət orqanlarını müşayiət edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ