ABŞ dövlət katibi Entoni Blinkenə qarşı etiraz aksiyası təşkil olunub.
Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Qəzza və digər məsələlərlə bağlı çıxış etmək üçün Atlantik Şurasının analitik mərkəzində qonaq olub.
Blinken çıxış edərkən bir etirazçı müdaxilə edərək Blinkendən əvvəl ABŞ-ın Qəzza siyasətinə etiraz etdi. Etirazçı qadın: "Nazir Blinken, mirasınız soyqırım olacaq. Siz həmişə "qanlı Blinken" kimi xatırlanacaqsınız. Soyqırım naziri! Sizin əlinizdə yüz minlərlə insanın qanı var. Biz heç vaxt unutmayacağıq"-deyə, bildirib.
Antoni Blinken, “Fikirlərinizə hörmət edirəm” deyərək, etiraza sakit şəkildə reaksiya verib.
ABŞ dövlət katibi Blinken Atlantik Şurada Qəzza məsələsini müzakirə edərkən bildirib ki, Qəzza gələcək Fələstin Milli Administrasiyası tərəfindən idarə olunmalıdır.
Aytən Yaşar/ Turkustan.az