Suriyanın xarici işlər naziri Türkiyəyə gəlir


Suriyada yeni administrasiyanın xarici işlər naziri vəzifəsinə başlayan Esaad Həsən Şeybani sabah Türkiyəyə gələcək.

Turkustan.az xəbər verir ki, Suriya Xarici İşlər Naziri Şeybani verdiyi açıqlamada, "Sabah Yeni Suriyanı təmsil etmək üçün on dörd ildir Suriya xalqını heç vaxt tərk etməyən Türkiyə Respublikasına ilk rəsmi səfərimizi edəcəyik" dedi.

Bildirək ki, Şeybani 2022-ci ildə İstanbul Sabahattin Zaim Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər magistr proqramını bitirib.

Eyni zamanda Şeybaninin eyni universitetdə doktorantura təhsilini davam etdirdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ