Zaxarova: Bayden başa düşdü ki, o, dünyanı nüvə münaqişəsinə sövq edir


"ABŞ prezidenti son xarici siyasət çıxışında Ukraynaya dəstək verməklə qəsdən təxribatlara əl atdığını etiraf edib".

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bidlirib ki, ABŞ prezidenti Co Bayden Kiyev rejiminə verdiyi dəstəyi ilə dünyanı nüvə uçurumuna doğru itələdiyini başa düşdü, amma yenə də münaqişəni qızışdırdı.

“Qərbdə Rusiyaya böhtan atan, onu nüvə silahı ilə sabitliyin pozmasında və s bu kimi yalanlarla ittiham edən hər kəs bundan sonra yalançı və saxta məlumatların paylayıcısı adlandırılmalıdır”-deyə, nəşr yazıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ