Rusiya qoşunları Donetsk vilayətindəki Pokrovsk və Mirnoqradda Ukraynanın quru yollarını kəsmək niyyətindədir. Beləliklə, Rusiya yaxın aylarda Ukrayna Silahlı Qüvvələrini bu şəhərlərdən geri çəkilməyə məcbur etmək istəyir.
Turkustan.az xəbər verir ki, Amerika Müharibənin Araşdırılması İnstitutunun (ISW) hesabatında belə deyilir.
Qeyd olunur ki, Rusiya hərbi komandanlığı T-0405 və T-0406 magistrallarının şimalında növbəti hücum əməliyyatları həyata keçirmək niyyətindədir. Bu şəhərlərin blokadası Ukrayna ordusunun geri çəkilmə ehtimalını artırır ki, bu da işğalçılara şəhəri işğal etməyə imkan verəcək.
Ruslar bu yaxınlarda artıq Pokrovskdan şərqdə T-0405 Pokrovsk-Konstantinovka və Pokrovskdan cənub-qərbdə T-0406 Pokrovsk-Mejovaya avtomobil yolunu kəsiblər.
ISW hesab edir ki, Rusiyanın Pokrovskdan şərqə və qərbə hücumu Ukraynanın logistikasını və Pokrovsk ilə Mirnoqrad şəhərlərini qorumaq üçün qoşunların hərəkətini çətinləşdirə bilər.
Bu şəhərlərin blokadası Ukrayna ordusunun geri çəkilmə ehtimalını artırır, rus qoşunları isə öz növbəsində şiddətli şəhər döyüşlərindən yayınaraq bu yaşayış məntəqələrini ələ keçirə biləcəklər.
Artıq xəbər verildiyi kimi, rus qoşunları cənubdan Pokrovsk və Mirnoqraddan yan keçməyə çalışır və şəhərətrafı ərazilərdə döyüşlər gedir.
Onu da əlavə edək ki, Baş Qərargahın məlumatına görə, cəbhədə vəziyyət ağır olaraq qalır. Rusiya canlı qüvvə və texnika üstünlüyündən istifadə edərək, Ukrayna mövqelərinə mütəmadi hücumlar təşkil edir. /azpolitika.info/