"İki ölkə arasında heç bir siyasi dialoq olmayıb".
Turkustan.az xəbər verir ki, Bu barədə TASS-ın sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bildirib ki, ABŞ və Rusiya arasında heç bir siyasi dialoq olmayıb, yalnız texniki səviyyədə əlaqələr var.
“Vaşinqtonla Moskva arasında həm hərbi, həm də diplomatik xətt vasitəsilə müəyyən əlaqə kanalları var”.
Daha əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, guya ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin 2022-ci ilin fevralından dolayı yolla əlaqələr qurmaqda davam ediblər.
Aytən Yaşar/ Turkustan.az