Britaniya polisi yanvarın 18-də keçirilməsi planlaşdırılan Fələstinə dəstək yürüşü üçün nümayişçilərin BBC-nin binası qarşısında toplaşmasının qarşısını almaq üçün səlahiyyətlərindən istifadə etməyə davam edəcəklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, London Metropoliten Polisi, Fələstin tərəfdarlarının paytaxtda BBC binası qarşısında toplaşmasını qadağan edən qərardan sonra təşkilatçıların yürüş marşrutunu dəyişdirməsi ilə bağlı açıqlama verib.
Açıqlamada nümayişin əsas təşkilatçılarından olan Fələstin Həmrəyliyi Kampaniyası nümayişçilərin Baş nazirlik binasının yerləşdiyi Whitehall küçəsində toplaşdıqdan sonra yürüş marşrutunu dəyişdirərək BBC-yə doğru təyin etdiyi xatırladılıb.
Həftə sonu paytaxtda keçiriləcək yürüşün polis əməliyyatını idarə edəcək polis rəisi Adam Slonecki-nin qiymətləndirmələrinin yer aldığı açıqlamada aşağıdakılar qeyd edildi:
"Bu şəraitdə əlimizdə olan səlahiyyətlərdən istifadə etməkdən başqa çarəmiz yoxdur. PSC ilə əlaqələrimizi davam etdirəcəyik və ümid edirik ki, onlar yaxın günlərdə yenidən nəzərdən keçirəcək və alternativ təkliflər verəcəklər".
Aytən Yaşar/ Turkustan.az