ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılması və Rusiya lideri Vladimir Putinlə mümkün görüş planları barədə yeni bəyanat verib.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Müharibənin dayandırılması strategiyası ilə bağlı suala cavab verərkən Tramp Newsmax-a belə deyib:
"Yaxşı, yalnız bir strategiya var və hər şey Putindən asılıdır. Təsəvvür edə bilmirəm ki, o, yaranmış vəziyyətdən məmnundur, çünki onun üçün də hər şey elə də uğurlu alınmayıb".
Gələcəkdə Putinlə görüşdən danışan Tramp dəqiq tarix göstərməyib, lakin vəzifəyə gəldikdən sonra bunu mümkün qədər tez etməyi planlaşdırdığını vurğulayıb:
"Mən bilirəm ki, o, görüşmək istəyir və çox tez bir zamanda görüşməyi planlaşdırıram. Mən bunu daha əvvəl edərdim, amma… bəzi şeylər üçün vəzifədə olmaq lazımdır", - deyə o bildirib. /qaynarinfo.az/