Yəməndə İranın dəstəklədiyi husilər İsrail Müdafiə Nazirliyini raketlə hədəfə aldıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi yazılı açıqlamada İsrail Müdafiə Nazirliyini "Fələstin 2" adlı səsdən sürətli raketlə hədəf aldığını iddia edib.
İsrailin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxdığını və səsdən sürətli raketin hədəfə müvəffəqiyyətlə çatdığını iddia edən Seri, bunun son 12 saatda İsrailə qarşı üçüncü hücumu olduğunu bildirib.
Digər tərəfdən İsrail ordusunun X hesabında edilən paylaşımda Yəməndən atılan ballistik raket səbəbiylə ölkənin bir çox yerində siren səslərinin eşidildiyi bildirilib.
Yazıda Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, insan itkisinin olmadığı qeyd edilib.
İsrail ordusu dünən Yəməndən ölkənin cənubuna doğru atılan pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az