PKK/YPG terror təşkilatı İran və İraqdan olan terrorçuları daşıyır


PKK/YPG terror təşkilatının üzvlərinin sayını artırmaq üçün İran və İraqdakı tərəfdarlarını müəyyənləşdirərək Suriyaya aparır.

Turkustan.az xəbər verir ki, AA-nın Hasəkə və Qamışlıdakı yerli mənbələrdən əldə etdiyi məlumata görə, terror təşkilatı İran və İraqda toplanan tərəfdarlarından 3 yanvar tarixinə qədər 1300 kişi və qadını Suriyaya gətirib.

Təşkilat Türkiyənin mümkün hərbi əməliyyatına qarşı Ayn əl-Ərəbdə işğalı gücləndirmək üçün Suriya ərazisinə gətirdiyi tərəfdarlarını Həsəkə əyalətinin mərkəzi və Qamışlı rayonunda toplayır.

Terrorçular bu yerlərdə toplaşan tərəfdarlarını Rakka və Deyr əz-Zordakı düşərgələrinə aparır, orada silahlı təlim keçirlər.

Suriya ərazisinin üçdə birini işğal altında saxlamaqda davam edən PKK/YPG İraqın şimalından Suriyanın şimal-şərqinə qədər uzanan logistika xəttindən terrorçu ünsürlərin keçməsini təmin edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ