Ermənistan və ABŞ bu gün strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq.
Turkustan.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi məlumat verib.
Sazişin imzalanması Vaşinqtonda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinkenin görüşündə baş tutacaq. /Musavat.com/