ABŞ və İRAN arasında vəziyyət gərginləşir: İrana təzyiqi artırmalıyıq!


Keyt Kelloq İran müxalifətinin Parisdə təşkil etdiyi toplantıda mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki,ABŞ-ın 47-ci prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edilən Keyt Kelloq Parisdə keçirilən İran müxalifətinin toplantısında iştirak edib.

Keyt Kelloq toplantıda deyib: "İranın zəifliyi bir fürsətdir. Biz bu fürsətdən istifadə edərək İranı yaxşılığa doğru dəyişdirə bilərik. İrana təzyiqlər artırılmalıdır. Ancaq bu təzyiq təkcə hərbi deyil, həm də iqtisadi və diplomatik yollarla həyata keçirilməlidir".

Kelloq karyerası boyu ABŞ Ordusunda xidmət edib, eyni zamanda 2018-2021-ci illərdə ABŞ vitse-prezidenti Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.

ABŞ və İsrail mətbuatında Trampın prezidentliyi ilə İrana təzyiqlərin artacağına dair çoxlu xəbərlər yer alarkən, İran istənilən ehtimala hazır olmaq üçün Natanz Nüvə Obyektləri ətrafında hava hücumundan müdafiə təlimlərini davam etdirir.

Lakin Tramp administrasiyası tərəfindən ilk dəfədir ki, İranla bağlı belə aydın bəyanat verilir. Donald Tramp daha əvvəl “Time” jurnalına müsahibəsində İranla müharibə ola biləcəyini bildirsə də, təfərrüatlı şərh verməkdən çəkinmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ